Ceyhun Bayramovun moldovalı həmkarı ilə telefon danışığı olub

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramovun moldovalı həmkarı ilə telefon danışığı olub

Siyasət

30 Noyabr 2020 18:43 752


Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Aureliu Çokoy ilə telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, C.Bayramov moldovalı həmkarını təyinatı münasibətilə təbrik edib və ona səmimi arzularını çatdırıb. A.Çokoy təbrikə görə təşəkkürünü bildirib.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı 9 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması alqışlanıb və razılıqdan irəli gələn bir sıra məsələlərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Dördpendirli pizza

Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyindəki məsələləri müzakirə ediblər, qurumlararası əməkdaşlığın intensiv şəkildə davam etdirilməsi, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazirlər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!