Ceyhun Rəhmanov yeni vəzifəyə təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Rəhmanov yeni vəzifəyə təyin olundu

İdman

22 Dekabr 2025 21:24 760


Milli Olimpiya Komitəsində yeni təyinat olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, Ceyhun Rəhmanov Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar İdarəsinin müdiri təyin edilib. pizza mizza

Qeyd edək ki, Ceyhun Rəhmanov Azərbaycan nümayəndə heyətinin tərkibində Olimpiya Oyunları, Avropa Gənclər Olimpiya Festivalları (EYOF) və İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş, komanda idarəçiliyi və beynəlxalq koordinasiya sahəsində fəaliyyət göstərib.

Eyni zamanda o, 2025-ci ilin aprel ayından etibarən Azərbaycan Cüdo Federasiyasında proqramlar üzrə menecer vəzifəsində çalışıb, idman, təhsil və inkişaf layihələrinin icrasında fəal iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!