Ceyhun Səfərov ATV-dən getdi

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Səfərov ATV-dən getdi

Rəqəmsal

23 İyun 2019 11:39 2546


ATV telekanalının tanınmış aparıcısı Ceyhun Səfərov işdən ayrılıb.

Xəbərlər departamentinin işciləri ilə keçirilən yığıncaqda telekanalın rəhbəri A.Xəlilov Ceyhun Səfərova “Azad Azərbaycan” MTRK-nın rəhbərliyinin təşəkkürnaməsini verib.

O qeyd edib ki, ATV-də fəaliyyəti dövründə Ceyhun Səfərov yüksək jurnalist peşəkarlığı ilə yanaşı, dövlətçiliyə sadiq vətənpərvər bir vətəndaş kimi tamaşaçı auditoriyasının, iş yoldaşları və həmkarlarının hörmətini qazanıb. Toyuqlu pizza

Bu günlərdə mühüm dövlət qurumlarından biri C.Səfərovun xidmətlərinə ehtiyac duyduğunu bildirib.  

Göstərilən diqqətə və fəaliyyətinə verilən böyük qiymətə görə Ceyhun Səfərov “Azad Azərbaycan” MTRK-nın rəhbərliyinə təşəkkür edib. Bu televiziyanı özünə doğma məkan hesab etdiyini deyən Ceyhun Səfərov ATV-də qazandığı bilik və bacarıqlarının bundan sonrakı işində də rol oynayacağına əminliyini vurğulayıb. C.Səfərov həmçinin qeyd edib ki, o, özünü daim ATV-nin aparıcısı kimi hiss edəcək.

Yığıncaqda aparıcının ATV ilə əlaqələrinin bundan sonra da davam edəcəyi rəhbərlik tərəfindən  vurğulanıb.

2003-cü ildən telekanalda çalışan Ceyhun Səfərov jurnalist karyerasına Gəncə bürosunda müxbir kimi başlayıb, sonra redaktor assistenti, redaktor və aparıcı vəzifələrində çalışıb.

Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!