Ceyrana bax, ceyrana...   - Video

saytların hazırlanması

Evə çatdırılma

Ceyrana bax, ceyrana... - Video

Sosial

30 Avqust 2022 17:32 2264


Azərbaycan təbiətinin, Şirvan Milli Parkının özünəməxsus çalarları ceyranlarla daha da gözəl görünür desək, yanılmarıq. Ceyranlar milli parkın düzənliklərinə özünəməxsus gözəllik qatıb. 

Şirvan Milli Parkı yaradıldıqdan sonra ceyranların nəslinin kəsilməsi təhlükəsi aradan qaldırılıb və hazırda Azərbaycanda ən böyük ceyran populyasiyasının yayıldığı ərazi Şirvan Milli Parkıdır. 

Beynəlxalq ekspertlərin iştirakı ilə aparılmış sayğılar nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərində ceyran populyasiyasının sayının ümumilikdə 7 mindən çox, təkcə Şirvan Milli Parkı ərazisində isə 6 mindən artıq olduğu müəyyən edilib. Dördpendirli pizza

Şirvan Milli Parkında ceyran sürülərinin gözoxşayan və diqqətçəkən görüntülərini Sizinlə bölüşürük.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!