Cəzaçəkmə müəssisəsinə narkotik keçirmək istədi

saytların hazırlanması

Evə çatdırılma

Cəzaçəkmə müəssisəsinə narkotik keçirmək istədi

Kriminal

23 Fevral 2019 18:05 893


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Yeni Sabah"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələrinə əsasən 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəlilzadə Ramil Pərviz oğlu ilə uzunmüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini Xəlilzadə Mahirə Vüqar qızının əşyalarına və üzərinə baxış keçirilib.

Baxış zamanı alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 0,206 qram heroin aşkar edilib. Pepperoni pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!