“ChatGPT” möcüzəsi:   10 milyard qazandı

saytların hazırlanması

Evə çatdırılma

“ChatGPT” möcüzəsi: 10 milyard qazandı

Rəqəmsal

12 İyun 2025 12:10 947


Süni intellekt əsaslı söhbət robotu "ChatGPT"yə dünyada sürətlə artan maraq "OpenAİ" şirkətinə rekord həddə gəlir qazandırıb.

Yenisabah.az xəbər verir ki, şirkət "ChatGPT" abunəliklərindən əldə olunan gəlirlərin demək olar ki, iki dəfə artaraq 10 milyard ABŞ dollarına çatdığını açıqlayıb.

2024-cü ilin sonunda 5,5 milyard dollar olan gəlir 2025-ci ilin ilk yarısında bu səviyyəyə yüksəlib. Toyuqlu pizza

2022-ci ilin noyabrında istifadəyə verilən "ChatGPT" qısa müddətdə həm fərdi, həm də korporativ istifadəçilər üçün gündəlik həyatın və iş proseslərinin ayrılmaz hissəsinə çevrilib. Şirkətin məlumatına görə, 2025-ci ilin mart ayı etibarilə həftəlik aktiv istifadəçi sayı 500 milyona çataraq əlamətdar göstəriciyə imza atıb.

Fərqli abunəlik modelləri ilə gəlir siyasətini şaxələndirən "OpenAİ" bu sürətli yüksəlişi ilə qlobal süni intellekt sektorunda yalnız texnoloji deyil, iqtisadi baxımdan da lider mövqeyinə yüksəlib.

 Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!