CHP daxilində sərt hesablaşma - İmamoğlu Kılıçdaroğluna savaş açdı

saytların hazırlanması

Evə çatdırılma

CHP daxilində sərt hesablaşma - İmamoğlu Kılıçdaroğluna savaş açdı

Siyasət

31 May 2023 01:55 1193


Türkiyədə keçirilən prezident və parlament seçkilərindəki məğlubiyyətlər ölkənin ana müxalifət partiyası CHP-də daxili hesablaşmalara səbəb olub.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, seçkilərdən dərhal sonra CHP sədri Kamal Kılıçdaroğluna istefa çağırışları artıb.

Prezident seçkilərinin ikinci turunda da məğlub olan Kılıçdaroğlu isə CHP başqanlığını tərk etməyəcəyi mesajını verib: “Yürüşümüz davam edir, buradayıq”. Toyuqlu pizza

CHP liderliyinə iddialı olduğu bildirilən İstanbul böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu isə dəyişiklik tələb edib. Onun sözlərinə görə, dəyişməyən (CHP-də) tək şey dəyişiklikdir.

Bələdiyyə sədri son çıxışında da üstüörtülü şəkildə bu yöndə mübarizə aparacağını bəyan edib:

“Mən keçmişi təmsil etmirəm. Öyrənilmiş acizlik, klişelər dəftərimdə yoxdur. Yolda olmaq bir seçimdir. Yola çıxmaq bir seçimdir. Xoşbəxtlik yolda olmaq və davam etməkdir. Artıq yoldayam, indi o yolda sürətimi artıracam. Kaş bu gün hər şey yaxşı olaydı, kaş bu gün milyonlarla insan xoşbəxt olaydı. Kaş ki olsun. Təəssüf ki, olmadı. Əgər xoşbəxtlik yola çıxmaq və yolda olmaqdırsa, o mənzilə yetişmək üçün daha sürətli qaçacam”.

Türkiyə mətbuatı Əkrəm İmamoğluna post-Kılıçdaroğlu dövründə yeni CHP lideri kimi baxır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!