“CHP illərlə Mustafa Kamalı istismar edib“-Ərdoğandan ittiham

saytların hazırlanması

Evə çatdırılma

“CHP illərlə Mustafa Kamalı istismar edib“-Ərdoğandan ittiham

Dünya

28 Yanvar 2019 16:03 1186


"Sərhədlərimizdə ölkəmizə hücum etmək üçün fürsət gözləyən terror təşkilatlarına dəstək olunaraq daha da ayağa qaldırılır. Üstlərinə getdik. İndi də hazır gözləyirik. Səhv etsələr yenə oradayıq".

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Ədalət və İnkişaf Partiyasının (AKP) Antalyadakı iclasında deyib.

O bildirib ki, terror təşkilatları,inqilabçılar bu millətin haqqına, hüququna, istiqlalına, gələcəyinə təcavüz edən kim varsa hamısının qarşısındayıq:

“Qüsurlarımız, çatışmazlıqlarımız, nöqsanlarımız, əlbəttə, olub. Millətimizə,ölkəmizə olan sevgidə isə səmimiyik. Böyük təəssüflə qeyd edirəm ki, ölkəmizin qarşısında ən böyük maneə yanlış müxalifət anlayışıdır. Bu partiya illərlə respublikamızın banisi Qazi Mustafa Kamalı istismar edib və edir. Bu partiya illərlə dünyəvilik adı altında ayrı-seçkilik, müasirlik adı altında mədəniyyət və tarix düşmənçiliyi arxasınca qaçıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!