CHP-li deputatın İnceden xahişi: Namizədliyini geri götür

saytların hazırlanması

Evə çatdırılma

CHP-li deputatın İnceden xahişi: Namizədliyini geri götür

Siyasət

14 Mart 2023 14:58 826


Türkiyədə seçkilərə rəsmi qaydada start veriləndən sonra siyasi ehtiraslar yenidən qızışıb. 

Yenisabah.az xəbər verir ki, “Millət” Partiyası sədri Muharrem İncenin ötən gün prezidentliyə namizədliyini irəli sürməsi gərginliyi bir az daha artırıb. 

Keçmiş CHP üzvü olan İncenin bu qərarı birmənalı qarşılanmayıb. Belə ki, CHP-nin Elazığdan olan millət vəkili Gürsel Erol ondan namizədliyini geri götürməsini xahiş edib.  pizza sifarişi

“Məhərrəm bəy partiya mətbəxində təhsil almış, hər cür vəzifəni öz üzərinə götürmüş bir insandır. Hər bir siyasətçinin öz siyasət tərzi ola bilər, amma CHP-nin 70 illik tarixində iqtidar partiyası olmasına az qalmış bir müddətdə Məhərrəm bəyin bu hərəkata mənfi cavab verəcəyini düşünmürəm. Məhərrəm İncənin sağlam düşüncəsinə də güvənirik”, - deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!