“Ciddi xəbər mənbəyi kimi qalmaq çətin olsa da...”    - 11 yaşlı Modern.az-ın baş redaktoru

saytların hazırlanması

Evə çatdırılma

“Ciddi xəbər mənbəyi kimi qalmaq çətin olsa da...”  - 11 yaşlı Modern.az-ın baş redaktoru

Maraqlı

01 Sentyabr 2020 10:32 1068


Bu gün Modern.az Xəbər Agentliyinin fəaliyyətə başlamasının 11 ili tamam olur.

2009-cu il sentyabrın 1-də yaradılan portal hazırda Azərbaycanın onlayn media məkanında özünəməxsus dəst-xəttə malikdir.

Saytın baş redaktoru Əfqan Qafarlı “Yenisabah.az”a açıqlamasında deyib ki, Modern.az Azərbaycanın onlayn media məkanında etibarlı informasiya yayıcısı kimi qalmağa çalışır. Onun sözlərinə görə, sayt oxucu etimadını itirməmək, auditoriyasını genişləndirmək istiqamətində fəaliyyət göstərir: Marqarita pizza

“İnternet mediada rəqabətin çoxaldığı bir vaxtda ciddi xəbər mənbəyi olaraq qalmaq çətin olsa da, buna çalışırıq. Bizi daha çox fəqləndirən isə layihə və rubrikalarımız, mövzu seçimindəki rəngarənglikdir ki, belə də davam edəcəyik”. 

Ə.Qafarlı bu illər ərzində Modern.az-la əməkdaşlıq edən hər kəsə təşəkkür etməyi də unutmayıb. 

O, Modern.az saytının jurnalistikaya ilk dəfə başlayanlara hər zaman imkan yaratdığını da xatırladıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!