Çimərlik güləşi üzrə Dünya Seriyası turniri keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Çimərlik güləşi üzrə Dünya Seriyası turniri keçiriləcək

İdman

27 Mart 2019 17:50 1026


Martın 29-30-da Portuqaliyanın Çaves şəhərində çimərlik güləşi üzrə Dünya Seriyası turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından “Yeni Sabah”a verilən məlumata görə, yarışda ölkəmizi məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcək. Ədalət təmsilçiləri arasında beynəlxalq dərəcəli hakim Bəşir İsazadə də yer alacaq.

Qeyd edək ki, Dünya Seriyası çərçivəsində növbəti analoji yarış mayda Braziliyada baş tutacaq. Bu turnirlərdə toplanacaq xallarla oktyabrda Amerika Birləşmiş Ştatlarında təşkil olunacaq Dünya Çimərlik Oyunlarına lisenziyaların sahibləri müəyyənləşəcək. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!