Çindən qismən səyahət qadağası qərarı qəbul edilib.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bütün dünyada pandemiyaanın sona çatdığı halda Çində sərt tədbirlər geri qayıdır.
Çində Covid-19-a yoluxanların sayının artması səbəbindən ciddi tədbirlər həyata keçirilərkən, Milli İmmiqrasiya İdarəsi ölkədən kənara səyahətin məhdudlaşdırıldığını açıqlayıb. Pepperoni pizza
Vətəndaşların “lazımsız” vəziyyətdə xaricə getməsinin qadağan olunduğu bildirilib.
Qeyd edək ki, Çin hökumətinin pandemiyanın başlanğıcından bəri həyata keçirdiyi “Sıfır Covid” siyasəti ölkədə zaman-zaman reaksiyalara səbəb olub. Çinin maliyyə mərkəzi olan Şanxayda həftələrdir davam edən sərt karantin tətbiqi evlərində qalan milyonlarla çinlinin üsyanına səbəb olub.
Nəzrin Vahid
Telegram kanalımız