Çin İrandan Qırmızı dənizdə husilərin hücumlarını dayandırmağa kömək etməsini istəyib.
Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə İran mənbələri danışıb.
Onların sözlərinə görə, Çin və İran bu yaxınlarda Pekin və Tehranda bir neçə görüş keçirib, Qırmızı dənizdə ticarət və hücumları müzakirə ediblər: pizza
“Çin bildirib ki, onun maraqlarına hər hansı şəkildə zərər vurularsa, Tehranla ticarət əlaqələri təsirlənəcək. Buna görə də İran təmkin nümayiş etdirmək üçün husilərə təsir etməlidir”.
Xatırladaq ki, Qırmızı dənizdə husilərin hücumları gəmiçilik və sığorta xərclərinin artmasına səbəb olub, Çinin Avropa və Asiya arasındakı ticarət yolunu pozub.
Telegram kanalımız