Çin texnoloji nəhəngləri əlavələr mağazası yaradacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Çin texnoloji nəhəngləri əlavələr mağazası yaradacaqlar

Rəqəmsal

08 Fevral 2020 09:39 1159


Çinin "Xiaomi", "Huawei Technologies", "Oppo" və "Vivo" kimi texnoloji nəhəngləri oyun, musiqi, film və müxtəlif əlavələrin yerləşdiriləcəyi və satılacağı vahid platformanın yaradılması üzərində çalışırlar.

“Yeni Sabah” xəbər verir ki, "GDSA" (Global Developer Service Alliance) adlı platforma proqram tərtibatçılarına məhsulları xarici bazarlarda tanıtdırmağı asanlaşdıracaq. Dörd şirkətin hər biri konkret regionlarda öz üstünlüyündən istifadə edəcək. Məsələn, "Xiaomi" Hindistanda, "Vivo" və "Oppo" Cənub-Şərqi Asiyada, "Huawei" Avropada.

Analitiklərin fikrincə, "GDSA" platforması "Google Play" servisi ilə ciddi rəqabət aparacaq. Yeni platformanın martda istifadəyə veriləcəyi gözlənilir. (ICTnews) Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!