Çin yeni inaktiv vaksini təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Çin yeni inaktiv vaksini təsdiqlədi

Sağlamlıq

24 Dekabr 2020 15:30 843


Çin Xalq Respublikasının Əczaçılıq Məhsullarına Nəzarət Dövlət İdarəsi nəzdindəki Dərmanların Qiymətləndirilməsi Mərkəzi “Sinopharm” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış inaktiv vaksini təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, bu barədə Çinin tibbi tənzimləyicisinin bu gün yaydığı məlumatda deyilir.

Məlumata görə, dərman yaxın vaxtlarda bazara çıxarılacaq. Toyuqlu pizza

“Sinopharm” tərəfindən idarə olunan Çinin Dövlət Biotexnoloji Qrupu daha əvvəl 2021-ci ildə 1 milyard dozaya qədər koronavirus peyvəndi istehsal etməyi planlaşdırdığını açıqlamışdı.

Bundan əvvəl “Sinovac Biotech” şirkəti də hər il 600 milyon doza peyvənd istehsal etmək üçün 500 milyon ABŞ dollarından çox sərmayə cəlb etdiyini açıqlamışdı. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!