Cinayət törədən 21 nəfər saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Cinayət törədən 21 nəfər saxlanılıb

Kriminal

30 Yanvar 2019 14:39 960


Yanvarın 29-dan 30-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən “Yeni Sabah”a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 12 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. pizza sifarişi

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!