Çində bəzi karantin məhdudiyyətləri yumşaldıldı

saytların hazırlanması

Evə çatdırılma

Çində bəzi karantin məhdudiyyətləri yumşaldıldı

Dünya

05 May 2022 16:50 225


“Pekin COVID-19 xəstəliyinin azalması fonunda əcnəbilər üçün koronavirus karantini müddəti azaldıb, Honq-Konq çimərlikləri və üzgüçülük hovuzlarını yenidən açıb”.

Yenisabah.az “Associated Press”ə istinadla xəbər verir ki, xaricdən Pekinə gələnlər indi əvvəlki 14 gün əvəzinə 10 gün oteldə təcrid olunmalıdır, lakin onlar yenə də evdə daha bir həftə karantinə alınmalı, sağlamlıqlarını mütəmadi olaraq yoxlamalıdırlar.

Honq-Konqda insanlara yenə üzgüçülük hovuzlarına və çimərliklərə getməyə, çöldə maskasız idmanla məşğul olmağa icazə verilib. Restoranlarda ziyarətçilərə bir masa arxasında 8 nəfərin oturmasına icazə verilir. Dördpendirli pizza

Məhdudiyyətlərin növbəti yumşaldılmasının mayın 19-da olacağı gözlənilir, o zaman restoranlar gecə yarısına qədər fəaliyyət göstərəcək, barlar və klublar yenidən açılacaq.

Honq-Konqda koronavirus infeksiyasından ölüm sıfıra düşüb, mart ayında isə bu rəqəm gündəlik 300 nəfər idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!