Çinin Hunan əyalətində çökən 8 mərtəbəli binada həyatını itirənlərin sayı 53-ə yüksəlib.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Hunan əyalətinin Çanqsa şəhərinin Vanqçeng bölgəsində aprelin 29-da çökən 8 mərtəbəli binada insan itkisi artıb.
Yerli hökumətin verdiyi açıqlamaya görə, günlərlə davam edən xilasetmə işlərinə rğmən həyatını itirənlərin sayı 53-ə yüksəlib. Toyuqlu pizza
Uçmuş binanın dağıntıları altından 10 nəfər sağ çıxarılıb. Ötən gün gecə saatlarında dağıntılar altından çıxarılan 10-cu şəxs hadisədən 132 saat sonra xilas edilib.
Qeyd edək ki, binanın çökməsinin səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı 9 nəfər həbs edilib.
Nəzrin Vahid
Telegram kanalımız