Çində görüşlər keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Çində görüşlər keçirilib

İqtisadiyyat

13 İyun 2025 17:15 434


İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çinə səfər çərçivəsində bu ölkənin ticarət nazirinin müavini Yan Donq ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, görüşdə qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin  möhkəm təməllər üzərində qurulduğu vurğulanıb. İki ölkə arasında inkişaf edən ticarət əlaqələrinin daha da  genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edilib.

Tərəflər iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərini müzakirə ediblər. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesi çərçivəsində mallar və xidmətlər üzrə ikitərəfli müzakirələr aparılıb. Müzakirələr nəticəsində ÜTT-yə üzvlük çərçivəsində ölkəmizlə Çin arasında mallar və xidmətlər üzrə danışıqlar yekunlaşdırılıb və ikitərəfli protokolun imzalanmasına dair razılıq əldə olunub. Sezar pizza

Səfər çərçivəsində iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli elektrik enerjisinin ötürülməsi və bərpa olunan enerji üzrə ixtisaslaşmış TBEA şirkətinin baş icraçı direktoru Sonq Hui ilə görüşüb.

Görüşdə Azərbaycanda biznes mühiti, sərmayədarlar üçün yaradılan imkanlar haqqında məlumat verilib. Tərəflər əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!