Çində koronavirus artıq bütün ölkəni bürüdü

saytların hazırlanması

Evə çatdırılma

Çində koronavirus artıq bütün ölkəni bürüdü

Sağlamlıq

30 Yanvar 2020 05:03 3426


Çində koronavirus pnevmoniyasından ölənlərin sayı 170-ə çatıb, hazırda 7711 nəfər isə bu virusun daşıyıcısına çevrilib. Artıq Tibet bölgəsində də ilk yoluxma halı qeydə alınıb.

Bu barədə Çinin səhiyyə məsələləri üzrə dövlət komitəsi məlumat yayıb. Tibet ölkənin yeni növ koronavirusun səbəb olduğu pnevmoniyanın qeydə alındığı sonuncu bölgəsidir.

Buna qədər bu virusdan 132 nəfərin öldüyü, 5974 nəfərinsə xəstəliyə yoluxduğu deyilirdi. pizza sifarişi

Sutka ərzində rəsmilər daha 1737 insanın koronavirusa yoluxması, eləcə də 38 nəfərin ölməsi barədə məlumatlar əldə ediblər. Eyni zamanda 124 insan sağalaraq xəstəxananı tərk edib./ APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!