Çində koronavirusa görə məktəblər bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Çində koronavirusa görə məktəblər bağlandı

Dünya

28 Aprel 2022 09:20 401


Çində koronavirusa yoluxma yenidən artıb.

Yenisabah.az xarici KİV-lərə istinadən xəbər verir ki, paytaxt Pekinin 2 rayonunda -Tonçjou və Xiçenqdə təhsil müəssisələrində COVID-19-un yayılması ilə əlaqədar əyani dərsləri ləğv edilib.

Hər iki rayonda orta və ibtidai məktəblərdə, eləcə də peşə-texniki məktəblərdə dərslər distant təhsilə keçirilib. Uşaq bağçaları da növbəti xəbərdarlığa qədər müvəqqəti bağlanıb. pizza hut

Qeyd edilib ki, aprelin 22-dən indiyədək Çinin paytaxtında COVID-19-a 138 yoluxma halı aşkarlanıb. Şəhərin 12 rayonunda səlahiyyətlilər bütün sakinləri koronavirus üçün test etməyə başlayıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!