Çingiz Abdullayev: İndi əsl kişi tapmaq çətindir

saytların hazırlanması

Evə çatdırılma

Çingiz Abdullayev: İndi əsl kişi tapmaq çətindir

Mədəniyyət

18 Oktyabr 2025 09:44 459


Evdəki bütün işlərlə qadın məşğul olmalıdır.

Yenisabah.az xəbər verir ki, bunu “Qaranlıqda həqiqət” yutub layihəsində Xalq yazıçısı Çingiz Abdullayev bildirib.

“Atam həmişə deyirdi ki, ailədə birinci adam qadın olmalıdır. Deyirdi ki, sən “uşaqları necə yedizdirim”, “necə geyindirim” kimi məsələlərə qarışırsansa, kişi deyilsən. Get küçədə pulunu qazan. Ev sahibi qadın olmalıdır. Bunu dediyim üçün yəqin ki üstümə düşəcəklər. Amma əgər xoşbəxt olmaq istəyirsənsə, qoy, ailədə hər şeyi qadın həll etsin”.  pizza

Çingiz Abdullayev bildirib ki, indi əsl kişi tapmaq çətindir:

“Vaxtilə deyirdilər ki, evlilik üçün qız tapmaq çətindir. İndi isə əksinə, əsl kişi tapmaq çətindir. Bir qadın mənə dedi ki, əsl kişilərdən qalmayıb. Bir misal var, deyirlər, əsl bəylər atlarla gəlirdilər, indi bəylər yoxdur, yalnız atlar qalıb”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!