“Çingiz Abdullayevi biabır edən Anardır” - Açıqlama

“Çingiz Abdullayevi biabır edən Anardır” - Açıqlama

Yazar Veb saytların hazırlanması

07 Sentyabr 2023 10:30 11712


“Çingiz Abdullayevdən çox yazdılar, amma indi deyəcəyim məqamı heç kim tutmadı. Demək, Çingiz müəllim Anardan sonra AYB sədrliyinə namizəd kimi adı ən çox hallanan adamdır. Anar xəstəliyini bəhanə gətirərək onu "Azərbaycan dili və ədəbiyyatı forumu"na qəsdən öz nümayəndəsi kimi göndərdi”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri yazıçı Şərif Ağayar sosial şəbəkədə yazıb. O, Ç. Abdullayevla bağlı yaranan qalmaqalı belə şərh edib: 

“Adam nə qədər məntiqsiz olar ki, Rəşad Məcid, İlqar Fəhmi, Səlim Babullaoğlu kimi Azərbaycan dilində səlist yazan və danışan adamları qoyub, bu dillə bağlı foruma bu dildə bir cümlə də yazıb-danışa bilməyən katibi göndərsin? 

Məqsəd? Əlbəttə, biabır etmək! Və nail oldu! 

Çingiz müəllim, sizin də bir az taktikanız olsun də. Heç kim demir, Azərbaycanca yanıltmac deyin, sadəcə bu dillə bağlı foruma qatılmayın - bu qədər bəsit...

Lap Şuşa yolundakı şuba geyinmiş eko-etirazçı yadıma düşdü. Göyərçin əlində öləcək də, zalımı çıxmış...”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!