“Çingiz Abdullayevi qovmaq lazımdır” –  Salam Sarvan

“Çingiz Abdullayevi qovmaq lazımdır” – Salam Sarvan

Yazar Veb saytların hazırlanması

18 İyun 2019 09:57 1438


“Elşad Baratı AYB-dən çıxarılması münasibətilə təbrik edirəm. Əşi, yaxşı bi yer olsaydı, mən üç il qabaq çıxmazdım ki, o təşkilatdan”.

“Yeni Sabah” xəbər verir ki, bunu şair Salam Sarvan Elşad Baratın Azərbaycan Yazıçılar Birliyindən çıxarılmasına münasibət bildirərkən deyib. 

O, qeyd edib ki, onsuz da, növbəti qurultayda Anar Rzayevin özünü də birlikdən uzaqlaşdıracaqlar: “Çingiz Abdullayevlə Rəşad Məcidi isə AYB-nin ədalətli üzvləri imza toplayıb Birlikdən qovdurmalıdırlar - istedadsız olduqlarına görə. 

Çünki istedadsız ola-ola yaradıcılıq ocağı sayılan bir quruma soxulmaq ayıbdı, üstəlik bu adamların həmin qurumda söz sahibi olmasını həzm eləmək təşkilat üzvləri üçün diskomfortdu.

Bu Elşad bizim hamımızı tənqid edir də, necə olur ki, biz normal qəbul edirik, amma siz dözmürsüz?! Çünki kompleksiniz var, narahatsız, qurcalanırsız, özünüzdən arxayın deyilsiz.

Vay dədə, ağsaqqal-ağsaqqal kişilərin əməllərinə, oyun-oyuncaqlarına bax, sən canın. Vallahi, yerə girərdim, heç quyruğumu da bayırda qoymazdım”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!