Çingiz Abdullayevin adından istifadə edərək qızların başına oyun açdılar

saytların hazırlanması

Evə çatdırılma

Çingiz Abdullayevin adından istifadə edərək qızların başına oyun açdılar

Mədəniyyət

20 Dekabr 2019 11:33 1903


Dünən 60 illik yubileyi ilə bağlı təşkil olunan “Mavi Mələklər” adlı görüşdə Xalq yazıçısı Çingiz Avdullayev qonaqlarla səmimi söhbət edib. 

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə yazıçı başına gələn maraqlı əhvalatdan söz açıb. Yazıçı sosial şəbəkələrdə onun adından istifadə edərək gənc qızların aldadıldığını deyib:

“İnstaqram, Tvitterdə yoxam. Orada mənim adımdan cavan qızlarla tanış olurlar. Qızlar da daha sonra Azərbaycan Yazıçılar Birliyinə  gəlirlər. Deyirlər ki, getmişdim görüşə, yerinizə cavan oğlan gəlib, düşündüm ki, köməkçinizi göndərmisiz. Mən ölmüşəm ki, köməkçimi göndərim? Yalandır. Mən bircə “Facebook”da varam. Amma mənim adımdan tanış olurlar”. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!