Tanınmış aparıcı Sevinc Telmanqızı da Xalq yazıçısı Çingiz Abdullayevlə jurnalist arasında yaşanan insidentə münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, aparıcı bu haqda “TV Müsavat”ın efirində yayımlanan “Səhər Xəbər” verilişində danışıb.
O, Abdullayevin Azərbaycan dilində danışa bilməməsinə irad tutub: Dominos pizza
“Xalq yazıçısı Azərbaycan dilində danışmağı, cümlə qurmağı çox gözəl bacarır. Ən çox Çingiz Abdullayevin unikal danışığının xəstəsiyəm. Bu cür danışan Çingiz Abdullayev bizə deyir ki, utanıb yerə girmirsinizmi? Mən utanıb yerə girmirəm, amma hesab edirəm ki, Azərbaycanda utanıb yerə girməli olan insanlar var. Bəzən də jurnalistlərlə münasibətdə dedikləri bəzi cümlələrə görə”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız