Çingiz “Eurovision”a getməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Çingiz “Eurovision”a getməyəcək

Şou

06 Fevral 2019 16:25 1091


Azərbaycanı bu il “Eurovision” mahnı müsabiqəsində Çingiz Mustafayevin təmsil edəcəyi ilə bağlı xəbərlər yayılıb.

"Yeni Sabah" xəbər verir ki, müğənni Çingiz Mustafayev instaqram hesabında bu xəbərə münasibət bildirib:

“Buradan bütün söz-söhbətlərə son qoymaq üçün deməliyəm ki, İctimai TV tərəfindən seçimlərə dəvət almışam və hamı kimi gedib oxumuşam. Sonra heç bir xəbər almamışam. Bu gün kanala zəng vurdum, onlar xəbəri təsdiqləmədilər. Xahiş edirəm ki, rəsmi məlumat olmadan bu barədə yalan xəbər yayılmasın”. pizza

Qeyd edək ki, 2019-cu ilin may ayında İsrailin paytaxtı Təl-Əvivdəki "Ekspo" Mərkəzində keçiriləcək müsabiqədə 42 ölkə iştirak edəcək. Yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq. Ölkə təmsilçimiz 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.

"Eurovision-2019" mahnı müsabiqəsinin şüarı "Dare to Dream" ("Arzulamağa cürət et") olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!