Çingiz geriləməsindən danışdı -   “Heç bir önəmi yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Çingiz geriləməsindən danışdı - “Heç bir önəmi yoxdur”

Şou

23 May 2019 13:08 1306


“Çox qəribə bir şeydir. Mən nə eşitmişdim, nə də görmüşdüm. Müsabiqənin üstündən dörd gün keçib, indi dəyişiklik etdilər. Bu dəyişiklik isə birbaşa mənə təsir edir”. 

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Azərbaycanı “Eurovision – 2019” mahnı müsabiqəsində təmsil edən müğənni Çingiz Mustafayev deyib.  O, “Telesəhər” proqramında qonaq olarkən yarışmada səslərin yenidən hesablanması və 8-ci pilləyə enməsi barədə danışıb:

“40 ölkənin heç bir iştirakçısına bu qədər təsir etmədi. Əsas Azərbaycanla Makedoniya arasında dəyişikliklər oldu. Bütün avropalılar mənə qarşı olunan haqsızlıqdan danışır. Deyirlər ki, ön sırada olmalıyam. Amma proseslər əksinə gedir. Mənim üçün isə heç bir fərqi yoxdur. Çünki birinci olmadım. Bundan sonra isə dəyişikliyin heç bir önəmi yoxdur”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!