“Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev müxalifətin fəaliyyətini dəyərləndirərərkən çox haqlı olaraq göstərir ki, Azərbaycanda müxalifət siyasi spektrin bütün tərkibilə təmsil olunsa da, pozucu, dağıdıcı, destruktiv müxalifət bütövlükdə, müxalifət adından danışmağa, onun funksiyasını təkbaşına mənimsəməyə çalışır. Halbuki, əsl müxalifət dövlətçilik, istiqlalçılıq prinsiplərini müdafiə etməli, milli maraqlar naminə heç bir pozucu fəaliyyətə yol verməməlidir. Təəssüf ki, müxalifət iqtidarla əməkdaşlıq, konsensus əvəzinə, bəzən aqressiv davranış tərzi nümayiş etdirir”.
“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Çingiz Qənizadə rəsmi “Xalq qəzeti”ndə dərc etdirdiyi məqalədə yazıb. O, bildirib ki, dağıdıcı yol seçmiş, hakimiyyətə qeyri-sivil yollarla gəlmək istəyən radikal müxalifət unutmamalıdır ki, qarşıdurmalar, gərginliklər ölkədə nə qədər şiddətlənərsə, bir o qədər təhlükəli olar: “Son vaxtlar keçirilən aksiyalar zamanı baş verən hadisələr, səsləndirilən şüarlar bir daha təsdiqləyir ki, belə aksiyaların təşkilatçılarının əsas məqsədi ölkədə qarşıdurma, xaos yaratmaq, ictimai-siyasi sabitliyi pozmaqdır. Məgər mitinq keçirməyə yer tapılmırmı? Şəhidlər xiyabanında aksiya keçirməyə cəhd edənlər unutmamlıdırlar ki, belə hərəkətlər insanlığa sığmayan addımdır.
Mitinq, aksiya keçirmək üçün şəhərin mərkəzində, əlverişli yerdə meydan ayrılıb. Hətta aksiya iştirakçılarının təhlükəsizliyinin təmin olunmasını da dövlət öz üzərinə götürüb. Heç kəsə sirr deyil ki, sonuncu mitinq yalnız yerli çağırışlarla başa gəlməyib. Xaricdəki antiazərbaycan dairələr, ölkəmizin inkişafını gözü götürməyən qüvvələr tərərfindən idarə olunan radikal, dağıdıcı müxalifət nümayəndələri mitinqə çağırış ediblər. Baş verən hadisələr də təsdiqləyir ki, radikal müxalifət başçıları öz iddialarını reallaşdırmaq və xarici havadarlarından aldıqları sifarişi yerinə yetirmək üçün min oyundan çıxır, hətta Azərbaycanın hazırda vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə düşməsinə cəhd edirlər”. pizza mizza
Ç. Qənizadə bildirib ki, müxalifət adına ləkə gətirən belələrinin çıxışları, irəli sürdükləri iddialar bir daha təsdiqləyir ki, onlar dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindədirlər.
Telegram kanalımız