Çinin Hunan bölgəsində yaşayan mühəndis Zhao Deli iki illik əziyyətdən sonra öz məqsədinə nail olub.
Yenisabah.az xəbər verir ki, Z.Deli 560-cı cəhdində uçan motosiklet xəyalını gerçəkləşdirib.
Mühəndis deyib ki, 8 pəri olan motosiklet 50-100 kiloqram arasında yük daşımağa qadirdir. pizza
Yeni avadanlıq saatda 44 km sürətlə hərəkət edə bilir. Motosikletin texniki imkanları havada yarım saat qalmağa imkan verir.
Z.Deli bu arzusunu reallaşdırmaq üçün evini satmaq məcburiyyətində qaldığını bildirib.
Telegram kanalımız