Cinsiyyətini dəyişən türkiyəli fenomen ikinci dəfə boşanır – FOTO

saytların hazırlanması

Evə çatdırılma

Cinsiyyətini dəyişən türkiyəli fenomen ikinci dəfə boşanır – FOTO

Şou

30 İyul 2022 08:27 1208


Ötən may ayında ikinci dəfə evlənən Türkiyənin məşhur fenomeni Selin Ciyerci və futbolçu Gökhan Çıra yenidən boşanır.

Məşhur cütlüyün ayrılmasının səbəbi izləyicilər arasında maraq doğurub.

Ciyerci özündən 12 yaş kiçik Çıra ilə evliliyini ötən ilin sentyabr ayında bitirmişdi. Ancaq cütlük ayrılığa cəmi dörd ay dözə bilmişdi. Dominos pizza

Selin və Gökhan yanvar ayında etdikləri paylaşımlarla barışdıqlarını, may ayında isə ikinci dəfə evləndiklərini açıqladılar.

Gözlənilməz bir qərarla ikinci dəfə boşanmağa hazırlaşan cütlüyün ayrılıq səbəbi məlum olub.

İddialara görə, Gökhan Çıra müğənni Nezin doğum günündə “TikTok” fenomeni Kardeniz Kılıça göz vurub.

Həmin anlar fenomenin “Instagram” hesabının hekayələr bölməsində yer alıb.

Bundan sonra Gökhan sözügedən videonun silinməsi üçün Kılıçla mesajlaşıb və ona təklif irəli sürüb.

Selin isə bu mesaja çox əsəbiləşib və ikinci dəfə evləndiyi Gökhan Çıra ilə ayrılmaq qərarına gəlib.

Qeyd edək ki, sosial şəbəkədə “Bebek Okan” adı ilə məşhurlaşan Selin Ciyerci əməliyyatla cinsiyyətini dəyişərək qadın olub.

Oxu.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!