Çıxarılan batareyası olmayan smartfonların istehsalı nə vaxt qadağan olunacaq?

saytların hazırlanması

Evə çatdırılma

Çıxarılan batareyası olmayan smartfonların istehsalı nə vaxt qadağan olunacaq?

Rəqəmsal

17 İyul 2023 22:38 6978


2027-ci ilə qədər Avropa bazarına çıxarılan batareyası olmayan smartfonların istehsalı və satışı qadağan ediləcək.

Yenisabah.az Android Authority-yə istinadla xəbər verir ki, bu qərarı Avropa Şurası qəbul edib.

Aİ-də qəbul edilən yeni qanun istehsalçıları çıxarıla bilən batareyaları olan cihazları buraxmağa məcbur edir. Sənəddə 2027-ci ildən Avropa İttifaqında çıxarıla bilən akkumulyatoru olmayan cihazların satışının qadağan olunacağı bildirilir. Pepperoni pizza

İttifaq rəsmilərinin fikrincə, belə bir tədbir elektronika arasında tullantıların miqdarını azaldacaq və təkrar emalın səmərəliliyini artıracaq. Qanunun son məqsədi şirkətləri təkrar emal edilə bilən materiallardan smartfonlar istehsalına başlamaqdır.

Qanun yalnız Avropa İttifaqında qüvvədə olsa belə, bu, smartfon şirkətləri üçün digər bazarlara təsir edəcək, çünki "Samsung", "Google", "Apple" və digər şirkətlər xüsusi olaraq Avropa üçün cihazlar hazırlamırlar. Çətin ki, "Apple" kimi bir şirkət dəyişdirilə bilən batareyası olan, ABŞ üçün isə batareyasız Avropa "iPhone"-u yaratmağa başlasın. Bu o deməkdir ki, bu qanun sonda bütün iPhone-ları dəyişəcək və onları çıxarıla bilən batareyalarla edəcək.

Xatırladaq ki, bu yaxınlarda Avropa İttifaqı Parlamenti batareyaları dəyişdirilə bilməyən noutbukların satışını qadağan edən yeni direktiv qəbul edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!