Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
"Yeni Sabah" xəbər verir ki, ikinci oyun günündə daha 4 görüş keçiriləcək və bununla da 1/8 finalın bütün iştirakçıları müəyyənləşəcək.
"Qalatasaray" öz meydanında 5:2 hesabı ilə qalib gəldiyi "Yuventus"la İtaliyada üz-üzə gələcək. "Atalanta" evdə Dortmund "Borussiya"sını qəbul edəcək. "Benfika" "Real"ın qonağı olacaq. Fransa komandaları PSJ və "Monako" isə Parisdə qarşılaşacaqlar. pizza sifarişi
Xatırladaq ki, ötən gecə keçirilən oyunlardan sonra "Nyukasl", "Atletiko", "Bodo-Qlimt" və "Bayer" 1/8 finala adlayıblar.
Telegram kanalımız