Cocuq Mərcanlıda əsgərlərlə görüş keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Cocuq Mərcanlıda əsgərlərlə görüş keçirildi

Rəsmi

01 Fevral 2019 22:33 1114


Gənclər Günü münasibətilə Cocuq Mərcanlıda hərbçilərlə görüş keçirilib.

 ”Yeni Sabah”ın verdiyi məlumata görə, görüş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keeçirilib. Tədbirin keçirilməsində məqsəd düşmənlə üz-üzə, ön cəbhədə ölkəmizi qoruyan əsgərlərlə həmrəyliyi nümayiş etdirmək, onlarda vətənpərvərlik ruhunun yüksəldilməsinə vasitəçi olmaqdır. 

Bildirilib ki, bu gün Qafqazın ən böyük ordusuna malik Azərbaycan öz tarixi torpaqlarını istənilən zaman düşmən tapdağından azad etməyə hazırdır. Müasir silah və texnikaya malik olan ordumuz artıq qalibdir. Aprel döyüşləri zamanı qazanılan qələbə bunu Ermənistana, hətta bütün dünyaya nümayiş etdirdi.  pizza sifarişi

Görüşdə məcburi köçkün ailələri tərəfindən hazırlanmış sovqat əsgərlərə təqdim edilib.  

Lələtəpənin azad edilməsi uğrunda şəhid olmuş hərbçilərin adları çap olunmuş və onların ailə üzvləri tərəfindən imzalanmış köynək posta hədiyyə edilib. 

Daha sonra görüş bədii hissə ilə davam edib. Muğam ifaçısı Ehtiram Hüseynov və gənc  müğənni Cümşüd Kərimli əsgərlər üçün mahnı ifa ediblər. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!