Con Lennonun eynəyi 183 min dollara satıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Con Lennonun eynəyi 183 min dollara satıldı - Fotolar

Mədəniyyət

14 Dekabr 2019 07:49 1099


Əfsanəvi "The Beatles" qrupunun üzvü Con Lennonun eynəyi hərracda 137,5 min funt sterlinqə (təxminən, 183 min dollar) satılıb.

"Yeni Sabah" bildirir ki, eynək "Sotheby's" Hərrac Evində satışa çıxarılıb.

Eynəyi hərraca "Beatles" qrupunun təbilçisi Rinqo Starın keçmiş sürücüsü Alan Herrinq çıxarıb. Herrinq bildirib ki, eynək 1968-ci ilin yayından bəri ondadır.  Dördpendirli pizza

Hərrac evi eynəyin kimə satıldığını açıqlamayıb. 

Qeyd edək ki, eynək Con Lennona 1966-cı ildə Riçatd Lesterin "Mən müharibədə necə qalib gəldim" filmindəki roluna hazırlıq üçün verilib. Tezliklə bu aksessuar musiqiçinin obrazıyla bütünləşib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!