Böyük Britaniyanın Baş naziri Boris Conson nazirlərdən vergilərdən yığılan vəsaitin səmərəli xərclənməsi üçün dövlət xidmətində çalışan 91 min nəfəri ixtisar etməyi tələb edib.
Yenisabah.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
"Hökumətin vergi ödəyicilərindən aldığı hər bir funt onların öz prioritetlərinə, öz həyatlarına xərcləyəcəkləri puldur", - deyə “Daily Mail” Nazirlər Kabinetinin iclasında Consondan sitat gətirib. Sezar pizza
“O, komanda üzvlərinə çətin vəziyyətdə olan ailələrə maddi təzyiqi azaltmaq üçün səylərini ikiqat artırmağı tapşırıb. Nazirlər bir ay ərzində məmurların sayını azaltmaq planlarını işləməlidirlər ki, bu da ildə təxminən 3,5 milyard funt-sterlinqə qənaət etməyə imkan verəcək”.
Telegram kanalımız