COP29 zolaqlarının taleyi necə olacaq? — AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

COP29 zolaqlarının taleyi necə olacaq? — AÇIQLAMA

Avto

20 Oktyabr 2024 12:49 5316


BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 üçün təşkil edilmiş zolaqlar tədbir bitdikdən sonra silinəcək.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin müdir müavini Tərlan Səfərov ictimai dinləmə zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, tədbir başa çatdıqdan sonra COP29 yazısı həmin zolaqlardan silinəcək. pizza mizza

"COP29 yazısı silinmiş zolaqlar adi hərəkət zolağı kimi istifadə ediləcək. Yəni əvvəlki vəziyyətinə geri qaytarılacaq",- deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində yeni layihələrlə bağlı növbəti ictimai dinləmə keçirilib. Dinləmədə bir sıra məsələlər müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!