Corc Buşu öldürmək istədilər

saytların hazırlanması

Evə çatdırılma

Corc Buşu öldürmək istədilər

Dünya

24 May 2022 23:30 1143


ABŞ-in sabiq prezidenti Corc Buşa qarşı sui-qəsdin qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.

Əməliyyat ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən həyata keçirilib. Məlumata görə, sui-qəsd İŞİD-lə əlaqəsi olduğu ehtimal edilən şəxs tərəfindən həyata keçirilib. pizza sifarişi

FTB ekstremistin "WhatsApp" yazışmalarını izləməsi sayəsində onun planlarını üzə çıxarıb. Şübhəli şəxs qətlin təşkilinə xarici ölkələrdə yaşayan 4 İraq vətəndaşını cəlb etməyi planlaşdırdığını etiraf edib.

Həmin şəxsin adı açıqlanmayıb.

O, öz hərəkətini belə izah edib ki, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra minlərlə iraqlının ölümünə görə Buş məsuliyyət daşıyır. Bu səbəbdən Buşun öldürülməsinə qərar verib.Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!