“Çox təhlükəli oyun oynayırlar” – Aydın Mirzəzadə

saytların hazırlanması

Evə çatdırılma

“Çox təhlükəli oyun oynayırlar” – Aydın Mirzəzadə

Rəsmi

01 May 2019 04:45 1108


“Son günlər bəzi Gürcüstan siyasətçiləri Azərbaycana və Azərbaycan xalqına qarşı həqarət yağdırmağa, iki ölkə arasında gərginlik yaratmağa çalışırlar”.

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. O, bildirib ki, həmin siyasətçilərin öz ölkəsində də nüfuzları aşağıdır, seçkilərdə yığdıqları səs çox aşağıdır. Həmçinin, onların mövqeyini sivil, ciddi gürcü dairələri bölüşmürülər.

“Bununla belə onların çox təhlükəli oyun oynadıqlarını demək lazımdır. Və onların son dövrdə üzə çıxan cəsarətlərinin siyasi sifariş olduğu açıq-aydın görünür. pizza sifarişi

Cənubi Qafqaz kimi həssas bir bölgədə Azərbaycan -Gürcüstan dostluğu sülhün və əmin-amanlığın əsas dayaqlarından biridir. Görünür xaricdə müəyyən dairələr üçün Ermənistan faktoru azdır, indi onlar gərginlik üçün gürcü İŞİD-dən istifadə etmək istəyirlər.

Ancaq Azərbaycan və Gürcüstan heç zaman provokasiyaya getməyəcəklər və regionu yeni gərginlik ocağına çevirmək cəhdi baş tutmayacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!