Cümə günü dünya bazarında neft qiymətləri yenidən yüksəlməyə başlayıb.
"Yeni Sabah"xəbər verir ki, Londonun "ICE Futures" birjasında iyul ayı üçün "Brent" fyuçersləri 1,29 dollar (1,29%) artaraq barel üçün 101,35 dollar təşkil edib. Bir gün əvvəl qiymət 100,06 dollar idi.
Nyu-York Ticarət Birjasında (NYMEX) iyun ayı üçün WTI fyuçersləri 1,05 dollar (1,1%) artaraq barel üçün 95,86 dollara çatıb. Əvvəlki sessiyada müqavilə 0,27 dollar (0,28) azalaraq barel üçün 94,81 dollara düşmüşdü. pizza
Telegram kanalımız