Dağda itkin düşən kişinin meyiti tapıldı – Şəmkirdə

saytların hazırlanması

Evə çatdırılma

Dağda itkin düşən kişinin meyiti tapıldı – Şəmkirdə

Kriminal

23 Fevral 2019 14:30 1027


Şəmkir rayonunda  1961-ci il təvəllüdlü Hüseynov Firudin Əli oğlu itkin düşüb.

“Yeni Sabah” xəbər verir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində dağlıq ərazidə naməlum şəraitdə baş verib. Bu haqda gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. 

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri gecə saatlarında axtarışlara cəlb olunub. Axtarış işləri nəticəsində F.Hüseynovun meyiti tapılıb. Hazırda meyitin dağdan endirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!