Dağıstan Respublikası Hökuməti sədrinin müavini ilə görüş keçirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Dağıstan Respublikası Hökuməti sədrinin müavini ilə görüş keçirildi - Foto

İqtisadiyyat

19 May 2025 20:34 452


Dağıstanla ticarət, investisiya, KOB, sənaye və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Yenisabah.az xəbər verir ki, İqtisadiyyat Nazirliyində Rusiya Federasiyasının  Dağıstan Respublikası Hökuməti sədrinin müavini Rizvan Qazimaqomedovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev arasında görüş keçirilib.

Görüşdə Rusiya Federasiyası, o cümlədən onun federal subyektləri ilə qarşılıqlı faydalı əlaqələr qeyd olunub, iqtisadi əməkdaşlığın perspektivləri vurğulanıb. Bildirilib ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı regional əməkdaşlığın, o cümlədən Rusiya Federasiyasının subyektləri ilə əlaqələrin genişlənməsinə yeni imkanlar açır. Dağıstanla coğrafi yaxınlıq isə əməkdaşlıq üçün daha əlverişli şərait yaradır.  Dominos pizza

Tərəflər, həmçinin biznes dairələri arasında əlaqələrin inkişafının iqtisadi potensialın reallaşdırılmasında önəmini qeyd ediblər.

Görüşdə  Dağıstanın investisiya potensialına dair təqdimat nümayiş etdirilib,  ticarət, investisiya, KOB, sənaye və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!