Dağlıq rayonlara qar yağacaq - İstirahət proqnozu

saytların hazırlanması

Evə çatdırılma

Dağlıq rayonlara qar yağacaq - İstirahət proqnozu

Rəsmi

08 Fevral 2019 22:50 1180


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Nazirlikdən “Yeni Sabah”a daxil olan xəbərə görə, Böyük və Kiçik Qafqaza səyahət edənlərin nəzərinə çatdırılır ki, fevralın 09-10-da bu bölgədə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 4-8, dağlıq rayonlarda 0-4 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 6-9, dağlıq rayonlarda 4-6 dərəcə isti təşkil edəcək.  Marqarita pizza

Aran rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Fevralın 10-da gündüz hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 7-10 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Fevralın 10-da gündüz hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 5-9 dərəcə isti təşkil edəcək.  

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, yaxın iki gündə buludlu hava üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacağı, fevralın 09-da gündüz tədricən kəsiləcəyi, fevralın 10-da səhər və axşam bəzi yerlərdə çiskin olacağı gözlənilir. Arabir güclənən mülayim şimal-qərb küləyi fevralın 10-da şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 6-9 dərəcə isti təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!