Daha 78 nəfər koronavirusa yoluxdu - Statistika

saytların hazırlanması

Evə çatdırılma

Daha 78 nəfər koronavirusa yoluxdu - Statistika

Sağlamlıq

06 İyul 2021 16:32 1081


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 78 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 336 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 513 nəfər müalicə olunaraq sağalıb, 4 978 nəfər vəfat edib, aktiv xəstə sayı 1066 nəfərdir. Marqarita pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9952, ötən müddət ərzində isə ümumilikdə 3 802 992 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!