Daha bir ana iki uşağından imtina edib - Video

saytların hazırlanması

Evə çatdırılma

Daha bir ana iki uşağından imtina edib - Video

Sosial

07 Fevral 2019 14:37 963


Bakıda iki azyaşlı uşaq valideynləri tərəfindən atılıb.

Təqribən 5-6 yaşlarında olan iki azyaşlı 20 gün əvvəl bir dayə tərəfindən polisə təhvil verilib. Qadın bildirib ki, uşaqların anası baxması üçün onları dayənin yanına qoyub. Lakin xeyli müddət keçsə də, azyaşlıların anası geri qayıtmayıb.

Qardaş olduqları ehtimal edilən uşaqların ünsiyyət problemi var. Lakin lal deyillər. Bunu da həmin azyaşlılar sığınacaqdakı uşaqları çağırarkən müəyyən etmək mümkün olub. pizza mizza

Uşaqlarının valideynlərinin axtarışları da heç bir nəticə verməyib.

Azyaşlıların yaxınlarını tanıyanlar sığınacağın 055 466 08 06 nömrəli qaynar xəttinə zəng edərək məlumat verə bilərlər.

Xezerxeber.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!