Daha bir deputatdan fantastik təklif: “Bulaq suyuna qadağa qoyulsun!”

saytların hazırlanması

Evə çatdırılma

Daha bir deputatdan fantastik təklif: “Bulaq suyuna qadağa qoyulsun!”

Siyasət

13 Mart 2019 18:43 5359


Son vaxtlar ayrı-ayrı millət vəkillərinin səsləndirdikləri bəzi təkliflər sözün əsl mənasında gündəmə çevrilir. Bu heç də onunla bağlı deyil ki, həmin fikirlər o qədər dəyərlidir və xalqın problemlərinin həlli ilə bağlıdır ki, bu qədər müzakirələrə səbəb olur. Əksinə, onlar əksər halda vəziyyəti daha da pisləşdirməyə səbəb ola biləcək təkliflərdir.

“Yeni Sabah” xəbər verir ki, bu silsilənin davamı olaraq daha bir deputat analoqu olmayan təşəbbüslə çıxış edib. YAP-çı deputat Aydın Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deyib ki, əhalinin bulaq suyundan pərakəndə şəkildə istifadəsinə yol vermək olmaz: “Bəzi rayonlarda bulaqların suyu həyətlərə çəkilir. Bunun qarşısının alınması üçün mexanizm hazırlanmalıdır. Qanunlara dəyişikliklər zamanı bu da nəzərə alınmalıdır. Bulaq suyundan istifadənin normaları müəyyənləşməlidir”.

Amma deputat “problem”in həlli yolunu göstərməyib. Yəqin növbəti iclaslarda bulaqlara da sayğac qoyulması fikrini səsləndirər... Sezar pizza

Qeyd edək ki, bundan əvvəl Nazirlər Kabineti meşələrdən cır meyvələrin, dərman bitkilərinin və s. toplanmasına görə cərimələrin üç dəfə artırılması haqda qərar vermişdi. Lakin qərar geniş ictimai rezonans, etiraz doğurdu və prezident İlham Əliyev tərəfindən ləğv edildi, yəni cərimələr artırılmadı. Daha sonra meşələrin hasarlanacağı açıqlandı...

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!