“Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur ? 2007-ci ildə nəqliyyatın intellektual idarə edilməsi üçün prezident fərmanı verilib və bu iş Nəqliyyat Nazirliyinə həvalə edilib”.
"Yeni Sabah" xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, 2011-ci ildə o zamankı Nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi altında Cənubi Koreya şirkəti ilə 100 milyon manatlıq bir sövdələşmə ilə Bakı şəhəri üzrə nəhəng bir texnoloji infrastruktur və informasiya sistemi , həmçinin də onu idarə etmək üçün Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yaradılıb. pizza hut
“Qarşıya qoyulan vəzifə isə Bakı şəhərində nəqliyyatı texnologiyaların köməyi ilə intellektual formada idarə etmək, işıqforları tam avtomatik idarə etmək, texnologiyalar vasitəsilə tıxacların qarşısının alınmasına və idarə olunmasına nəzarət etmək, SMS məlumatlandırma ilə tıxac vəziyyətdən çıxış, alternativlər təqdim etmək, sürücülərin məlumatlandırılmasını təşkil etmək və s. olub.
Qısa zamanda məlum oldu ki NİİM qarşıya qoyulan vəzifələri yerinə yetirə bilmir.
Dayanacaqlarda quraşdırılan, dəyəri az qala 10 min dollar olan 700-dək monitorlar, yüzlərlə müşahidə kameraları, kilometrlərlə fiber optik infrastruktur, yüzlərlə avtobuslarda quraşdırılan GPS tipli avadanlıqlara, MİİM-də quraşdırılan dünyanın ən böyük monitoruna məxsus olan bu nəhəng infrastruktur effektiv işləyə bilmədi. Bir sözlə, NİİM iflas oldu”.
O.Gündüz əlavə edib ki, bu, Azərbaycanın İT tarixində ən bahalı və ən uğursuz layihə hesab oluna bilər:
“2015-ci ildə Bakı Nəqliyyat Agentliyi yaradılanda Nəqliyyat Nazirliyinin tabeliyində olan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi BNA tabeliyinə keçdi. Yəni , həmin tarixdən nəqliyyatın vahid mərkəzdən intellektual formada, mərkəzləşdirilmiş formada tənzimlənməsi BNA səlahiyyətindədir.
Ondan sonra qəbul edilən bütün fərman və sərəncamlarda, qərarlarda BNA-ya tapşırıqlar verilib ki bu sahədə qayda yaradılsın. Bakı şəhərindəki bütün svetoforlar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməli idi.
Hətta prezident fərmanı ilə DİN –nin idarəetməsində olan svetoforlar da BNA tabeliyinə keçirilib. BNA-nın digər dövlət qurumları tərəfindən elektron qaydada məlumatlandırılması üçün də addımlar atılıb. Yəni, effektiv idarəetməni təşkil etmək üçün BNA-ya yetərincə köməkliklər olunub.
Bütün bu tapşırıqlar 2015 -2018-ci illər aralığında olub.
Nəticə varmı ? Nəqliyyat mərkəzləşdirilmiş formada, intellektual olaraq idarə olunurmu ? Təəssüf ki, bu suala müsbət cavab vermək olmur”.
O.Gündüz bu müddətdə BNA-nın hansı addımlar atmağından da söz açıb:
“BNA hansı addımları atıb? Köhnə infrastrukturdan nə qalıb, nələrdən istifadə olunur. Yeni hansı həllər təklif olunur ? Bu haqda heç bir rəsmi açıqlamalar yoxdur.
Yeri gəlmişkən, ötən il prezident fərmanı ilə dayanma və durmanın qadağan edildiyi yerlərdə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması və qaydanı pozanlarla bağlı tədbirlər görmək də BNA- ya tapşırılıb.
Qəribədir ki, 4 ildə əsas vəzifə olan NİİM problemini həll edə bilməyən BNA "elektron protokol" sistemini tezliklə quraşdırıb və dərhal da fəaliyyətə başlayıb”.
Telegram kanalımız