İran parlamentinin daha bir deputatı Azərbaycan əleyhinə açıqlama verib.
Yenisabah.az xəbər verir ki, parlamentdə Semnan əyalətinin nümayəndəsi olan Ərdəşir Mütəhhəri öz "Twitter" səhifəsində "Türkiyə və Azərbaycanın yeni təhrikçi hərəkətləri"nə təpki verib.
Mütəhhəri sosial şəbəkədə yazıb: Dominos pizza
"Türkiyə bir macəraya başlayır və Osmanlı İmperatorluğunu yenidən qurmaq xəyalı ilə odla oynayır. Eyni zamanda, Azərbaycan Respublikası bu çürük kəndirlə (xilasedici dairə ilə) özünə böyük problemlər yaradır".
Başqa bir tvitində isə o qeyd edib:
"Şimal qonşusunun paytaxtından İran sərhədinin sıfır nöqtəsinə qədər olan məsafə (dostluq çərçivəsindən kənara çıxmaq istəyirsə) İran hərbi qüvvələrinin bir top atəşi qədərdir!"
Telegram kanalımız