Daha bir klubun oyunçuları maaşsız qalıb - “Səbirli olun”

saytların hazırlanması

Evə çatdırılma

Daha bir klubun oyunçuları maaşsız qalıb - “Səbirli olun”

İdman

30 Dekabr 2025 11:34 696


Azərbaycan I Liqasının iddialılarından olan “Mingəçevir”də futbolçular yenidən maaş ala bilmir.

"Yeni Sabah" futbolinfo.az-a istinadla xəbər verir ki, 2 aydır maaşlarını almayan oyunçular gələn təklifləri nəzərdən keçirirlər.

Komandanın böyük hissəsi artıq yeni klub axtarışındadır. Oyunçuların suallarına cavab olaraq rəhbərlik susmağa üstünlük verir. pizza hut

Baş məşqçi Ramiz Məmmədov futbolçulara yalnız “Səbrli olun” cavabını verir. Bu isə onları qane etmir.

Xatırladaq ki, “Mingəçevir”in sponsoru ASTA şirkətidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!