Daha bir məktəb direktoru ilə bağlı qalmaqal – 5 illik yubiley

saytların hazırlanması

Evə çatdırılma

Daha bir məktəb direktoru ilə bağlı qalmaqal – 5 illik yubiley

Rəsmi

17 Aprel 2019 13:32 3908


Azərbaycanda yüksək vəzifə sahiblərinin, onların övladlarının dəbdəbəli ad günləri, yığıncaqlar keçirməsi adi hal aldığından cəmiyyətdə buna seyrçi yanaşırlar. Ancaq bu ənənəni təhsil ocağına rəhbərlik edən ziyalıların davam etdirməsi təəccüb doğurmaya bilməz.

Azərbaycanda özünün vəzifə təyinatının 5 illiyini ziyafət məclisi ilə qeyd edən məktəb direktou gündəm olub. Belə ki,  Samux rayon İnstitut qəsəbə tam orta məktəb direktoru Abbasova Gulsabah Cəfər qızının bu vəzifəyə təyinatının 5 illiyi ilə bağlı təşkil olunan ziyafətin səs-küyü bütün Samuxa yayılıb.

Ancaq ziyafət heç də düşünüldüyü kimi direktorun öz şəxsi büdcəsi hesabına deyil, müəllim kollektivindən yığılan pullar hesabına təşkil olunub. Marqarita pizza

Bu haqda xəbər verən mənbənin sözlərinə görə, Gülsabah Abbasova 14.04.2019-cu il tarixdə sözügedən qəsəbənin tam orta məktəbinin direktoru vəzifəyə təyin edilməsinin 5 illiyi münasibəti ilə kollektivindən hər nəfər üçün 25 manat pul yığdırıb.

Yığılan pulla Gəncənin məşhur restoranlarının biri olan “Şah” sarayında xanım direktor üçün ziyafət təşkil olunub.

Həmin ziyafətdən görüntüləri təqdim edirik:

Gununsesi.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!